Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alanlar var

  • By admin
  • 20 May 2017 15:25

avtoqeza

 

Cəlilabad rayonunda iki avtomobil toqquşub, iki nəfər xəsarət alıb.

APA-nın verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunda, Cəlilabad rayon Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.

Toqquşma nəticəsində iki nəfər xəsarət alıb. Onlardan biri Cəlilabad, digəri isə Masallı  Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbi məlum deyil.

Fakt araşdırılır.

 

Gununsesi.info