Cavid Qurbanov Bakı-Pirşağı qatarında – Sərnişinlər dəmir yolu rəhbərindən nəyi xahiş etdi? - VİDEO

  • By admin
  • 08 Dekabr 2019 12:34

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-Pirşağı qatarında olub. Bu zaman isə sərnişinlər sədrə bir sıra təkliflər irəli sürüblər. Təkliflər isə bir sıra qatarların yetməzliyi və qrafika ilə bağlı olub.

Gununsesi.org Cavid Qurbanovun REAL Tv-yə özəl müsahibəsini olduğu kimi sizə təqdim edir:

“Buraya yeni qatarlar alınıb-verilməlidir. Yol var, infrastruktur düzəlib, stansiyalar var, ucuzdur, keyfiyyətli, rahat və  sürətldir. Qışda isti, yayda sərindir. Və bu da insanların bu qatardan istifadəyə meylini daha da çoxaldır. Ona görə də, qatarların artırılmasına tələbat var və mən onları qınamıram. İkisi yoldadır qatarlarımızın, gəlir. Yəqin ki, birini artıra biləcəyik. Birini də tələbat olduğu üçün Sumqayıt istiqamətinə əlavə edəcəyik. Ancaq bu dairə bitəndən sonra bizim üçün daha da asanlaşacaq. Çünki dairədə çalışacaq. ”

 

Gununsesi.org