Çavuşoğlu Avropa Parlamentinin başçısını ikiüzlülükdə ittiham etdi

  • By admin
  • 21 Noyabr 2019 08:55

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin başçısı David Sassolinin onunla görüşündən sonra verdiyi açıqlamaları ikiüzlülük adlandırıb.

Sassoli bildirib ki, görüş zamanı guya Türkiyənin Suriyadakı əməliyyatını və ölkənin Suriya qaçqınlarına görə Avropa Birliyinə basqısını pisləyib.

Türkiyənin xarici işləır naziri bu barədə özünün “Twitter” dəki səhifəsində yazıb:

“Avropa Parlamenti rəhbərinin üzümə deyə bilmədiyi bəzi şeyləri sonradan gerçək kimi paylaşması Avropa Parlamentinin qeyri-səmimiliyini və ikiüzlülüyünü bir daha nümayiş etdirir”.

Çavuşoğlunun sözlərinə görə, Avropa xalqlarını təmsil edən yüksək vəzifəli şəxsin yalan danışması utandırıcı haldır.

 

 

Gununsesi.org