Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

  • Müəllif: admin
  • 05 Sentyabr 2017 20:43

207890_res_01
Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar xüsusi prezentasiya hazırlanıb.

Gununsesi.info-nun AFFA-nın saytına istinadən bildirir ki, prezentasiya bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak ediblər.

Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq. Tam mümkündür ki, Çempionlar Liqasının olmasa da, Avropa Liqasının final oyununu keçirmək Bakıya həvalə olunsun.

 

Gununsesi.info