İran ABŞ-a qadağa qoydu

  • Müəllif: admin
  • 05 Sentyabr 2017 20:45

teyyare

ABŞ aviasiyasına, o cümlədən sərnişin təyyarələrinə İranın hava məkanına daxil olmaq qadağan edilib.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, bunu İranın hava hücumundan müdafiə bazasının komandanı, general Əmir Fərzad İsmaili bəyan edib.

O deyib ki, İran ikili standartlar nümayiş etdirə bilməz. “Biz bəyan edirik ki, ABŞ özündənrazı dövlətdir, ona görə də biz ABŞ aviasiyasına, o cümlədən sərnişin daşımaları üçün İran hava məkanına daxil olmasına icazə verə bilmərik. Çünki İran ABŞ hökumətinin siyasətinə qarşıdır”.

Gununsesi.info