“Çox nigaranam” - FLORA KƏRİMOVA

  • By admin
  • 12 Aprel 2018 15:36

Xalq artisti Flora Kərimova qızından danışıb.

Gununsesi.info-nun məlumatına görə, “Virtual Həyat” verilişinə açıqlama verən müğənni bildirib ki, qızı və oğlu xaricdə yaşadığına görə daim nigarandır:

“Hava limanında qızımı qarşılayanda gözlərim dolur. Anayam, qarşılayanda düşünürəm ki, 10-15 gün burdadır, sonra onu yola salacam. Mənə çox çətindir.

Övladlarımın fikrini çəkirəm. Onları görmək istəyirəm. Çox ərkəsöyün, dəymədüşər olmuşam. Bütün varlığım övladlarıma aiddir: oğluma, qızıma, iki nəvəmə. Çox nigaran yaşayıram”.

Gununsesi.info