DƏHŞƏT: Rusiyada təyyarə yerə çırpıldı, 7 yaralı – Fotolar + Video + Yenilənib

  • By admin
  • 20 Fevral 2020 13:55

Rusiyanın Maqadan şəhərindəki aeroportdan havaya qalxan “AN-12” təyyarəsi 10 metr hündürlükdən yerə çırpılıb.

Gununsesiaz.info-nun “Qafqazinfo”-ya istinadən məlumatına görə, hava gəmisində 12 sərnişin və 2 ekipaj üzvü olub.

İlkin olaraq, iki sərnişin və bir ekipaj üzvünün xəsarət aldıqları bildirilir.

Təfərrüatlar aydınlaşdırılır.

**

“AN-12” təyyarəsinin yerə çırpılması nəticəsində xəsarət alanların sayı 7 nəfərə çatıb. 

Gununsesiaz.info bildirir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

**

Təyyarədə olan 14 nəfər xəstəxanaya aparılıb.

Gununsesiaz.info məlumatına görə, xəsarət alan 7 nəfər müalicə olunacaq, digər 7 nəfər isə ilkin müayindən sonra evə buraxılacaq.

 

 

 

Gununsesiaz.info