Dəm qazında boğulan idmançı Nəriman Abbasovun qardaşı imiş - Fotolar

  • By admin
  • 03 Fevral 2020 14:15

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Ramana qəsəbəsində MMA döyüşçüsü Arzuman Abbasov dəm qazından boğularaq ölüb. 

Gununsesi.org-un əldə etdiyi məlumata görə, 17 yaşlı idmançı tanınmış MMA döyüşçüsü, “Fight Nights Global”ın yüngül çəkidə çempionu Nəriman Abbasovun qardaşıdır.

Tailanda kəmərini qorumaq üçün təlim-məşq toplanışına yollanan Abbasov bir gün sonra qardaşının ölüm xəbərini öyrənib. Əldə etdiyimiz məlumata görə, o, qardaşının dəfni üçün bu gün vətənə qayıdacaq.

Gununsesi.org