Dərinizi daxildən təmizləyəcək içki

  • Müəllif: admin
  • 16 İyul 2016 10:19

DERI

 

Üz dərisini təmiz, parıltılı etmək üçün hər zaman bahalı maskalar köməyimizə çatmır. Bəzən yediyimiz qidalarla da dərimizi təmizləyə bilərik.

Gununsesi.info xarici KİV-ə istinadən üz dərisini parıltılı edəcək qarışıq təqdim edir:

Ərzaqlar:

Qırmızı çuğundur
Kök
Xiyar
Alma
Nar
Zəncəfil
Portağal
Nanə Yarpağı
Limon

Hazırlanması:

2 kiçik çuğunduru, 2 kökü, 1 xiyarı, 0,1 ədəd narı, 1 almanı, baş barmağınız böyüklüyündə zəncəfili və 2 dilim portağalı blenderdən keçirin. Yarım kasa qarpızın tumlarını çıxarıb içinə əlavə edin. Üzərinə nanə yarpaqları və limon şirəsi əlavə edib, yaxşıca qarışdırın. İçinə buz töküb için.

Bu qarışıqdan gündə 1 stəkan içsəniz, üzünüzdəki dəyişikliyi hiss edəcəksiniz.

Gununsesi.info