Daha bir HDP-li millət vəkilinə hökm oxundu - O, 1 İL 3 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM OLUNUB

  • By admin
  • 17 İyul 2017 15:20

15

Türkiyədə PKK Terror Təşkilatının siyasi qolu olan Xalqların Demokratik Partiyasından (HDP) olan daha bir millət vəkilinin məhkəməsi olub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, HDP-nin Şanlıurfadan olan millət vəkili İbrahim Ayhan cinayət məcəlləsinin “terror təşkilatını təbliğ etmək” maddəsi ilə Şanlıurfa 5-ci Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxarılıb.

Çıxarıldığı məhkəmədə Şanlıurfadan olan millət vəkili İbrahim Ayhan 1 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Anar

Gununsesi.info