Daha bir qəhrəmanımızı tanıyaq

  • By admin
  • 27 Noyabr 2020 09:31

 

İkinci Qarabağ savaşında Azərbaycan əsgərləri öz sözünü dedi. Qanları bahasına olsa da düşmənin hərbi qüvvələrini məhv edərək, işğal altında olan torpaqlarımızı azad etdi.
İkinci Qarabağ savaşında qəhrəmanlıq göstərən oğullarımızdan biri də
Yardımlı rayonunun yetişdirdiyi Qarayev Kamran Zakir oğludur.
Gununsesi.info-nun xəbərinə görə, kəşfiyyatçı manqa Komandiri olan Kamran Şuşa, Xankəndi, Xocavənd,Qırmızı bazar uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib. Qəhrəmancasına vuruşan igidimiz sonda ağır yaralanıb.
Yaxınlarının verdiyi məlumata görə, hal-hazırda Bakıdakı Hərbi hospitalda müalicə alan Kamranın üzərində cərahiyyə əməliyyatı aparılıb.
Ümid edirik ki, qəhrəman hərbçimiz tezliklə öz sağlığına qovuşacaq və dövlətin ona layiq olduğu dəyərini alacaq.

Günay Təhməzova
Gununsesi.info