Damla yenə evlənmək istəyir:  "Uşağım qanuni olacaq"

  • By admin
  • 16 May 2017 19:22

a5ce827b00accb6d600f92b20b295b0b

 

Müğənni Damla şəxsi həyatından danışıb. Lent.az-ın canlı yayımnda qonaq olan ifaçı bildirib ki, gələcəkdə ailə qurmaq barədə düşünəcək: “Mən hər zaman deyirdim ki, yenidən ailə qurmayacam. Amma illər sonra insan fikrini dəyişir. İllər insanın həyata baxışını dəyişir. Daha müdrik, ali olursan”.

Bir oğul anası olan ifaçı bildirib ki, növbəti dəfə ana olmaq arzusundadır: “Bir qız anası olmaq istərdim. Dünyada ən əlçatmaz arzularımdan biridir. Amma qızımın dünyaya gəlməsi normal şəkildə olmalıdır. Mən heç bir zaman qeyri-qanuni övlad dünyaya gətirmərəm. Övladım rəsmi nikahdan olmalıdır. Çünki evlilik bəyan deməkdir. Açıq-aşkar bütün çevrənə bildirisən ki, mən ailə qururam. Yoxsa 4-5 gündən sonra uşaq dünyaya gəlməlidir, soyadı olmur. Uşağa ata soyad verməlidir. Bir az bu mövzularda həssas insanam. Uşağım olacaqsa, rəsmi olacaq”.

 

 

Gununsesi.info