Demetin iddialarına Kutluaydan cavab

  • Müəllif: admin
  • 15 Oktyabr 2017 14:48

136292_j8iifn0h20
Demet Şener boşanmaq üzərə olduğu həyat yoldaşı İbrahim Kutlayın məhkəmə işini çətinləşdirdiyini iddia etmişdi.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Kutluayın vəkili məsələyə münasibət bildirib.

Vəkil bu açıqlamanı yayıb:

“Demet Şenerin istədiyi normal bir təzminat deyil. Onun tələb etdiyi təzminat türk məhkəməsindən qəbul etdiyinin 20-30 dəfəM çoxdur. Son 8 aydır ki, tərəflər arasında heç bir anlaşma yoxdur. Müvəkkilim öhdəsinə düşən hər şeyi qanunlara uyğun yerinə yetirir. Qarşı tərəfin dedikləri gerçəklərin tam əksidir”.

Gununsesi.info