Deputatlardan nazirə irad: - "Olmipiya İdman Komplekslərindən otel kimi istifadə olunur"

  • By admin
  • 28 Oktyabr 2016 16:27

idman-kompleksi

Bu gün respublikanın bölgələrindəki Olimpiya mərkəzlərindən lazımi səviyyədə istifadə olunmur.

Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında səsləndirib. Onun sözlərinə görə, bölgələrdə olan Olmipiya idman komplekslərinin əksəriyyəti rayon mərkəzindən uzaqda yerləşir və ora gediş-gəliş çətin olduğundan idmanla maraqlananlar ora gedə bilmirlər. “Çünki rayonlarda avtobus marşrutu olmadığından həmənin Olimpiya mərkəzlərindən istifadə olunmur.

Odur ki, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi bu məsələni diqqətdə saxlamalıdır və ciddi nəzartə olunmalıdır”- deyə, millət vəkili bildirib.

Deputat Aqil Abbas isə Olimpiya mərkəzlərinin Gənclər və İdman Nazirliyinin , yaxud da Olimpiya Komitəsinin tabeçiliyinə verilməsini təklif etdi.

O bildirdi ki. rayonlardakı Olimpiya mərkəzləri ayrı- ayrı şəxslər tərəfindən tikildiyindən ondan istifadəyə də düzgün yanaşma yoxdur. “Yaxşı halda bu Olimpiya mərkəzlərindən otel kimi istifadə edilir. Onların stadionları isə bərbad vəziyyətdədir. Ona görə də bu idman obyektləri Gənclər və İdman Nazirıiyinin tabeçiliyinə verilməlidir”- deyə, millət vəkili bildirib.

Mürtəza

Gununsesi.info