Dini kitablar müsadirə edildi

  • By admin
  • 12 Noyabr 2016 09:37

dinikitab

Bakının Qaradağ rayonunda polisin keçirdiyi əməliyyat zamanı qadağan olunmuş kitablar aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki,  Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbə sakinləri Qəndaf Hüseynovanın, Pərixanım İbrahimovanın, İlkin İbrahimovun və qardaşı Samirin evlərinə baxış zamanı oradan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 56 ədəd kitab aşkar edilərək götürülüb.

Bununla yanaşı, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sahil qəsəbəsində yaşayan Gürcüstan vətəndaşı Rizvan Həmidovun evinə baxış zamanı oradan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 159 ədəd kitab və 9 ədəd jurnal aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Gülnaz Qənbərli

Gununsesi.info