Yevlaxda inzibati bina yandı

  • By admin
  • 12 Noyabr 2016 09:30

yangin

Yevlaxda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Aşağı Salamabad kəndində 1956-cı ildə inşa olunmuş ümumi sahəsi 140 m2 olan birmərtəbəli inzibati binanın hazırda fəaliyyət göstərməyən hissəsinin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info