Diplomat Zakir Həsənova nə vəd etdi?

  • By admin
  • 03 Avqust 2016 21:43

nazir-1

Avqustun 3-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Karol Krofts ilə görüşüb.

Gununsesi.info Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib, Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Silahlı Qüvvələr arasında əməkdaşlığın daha da genişləndirilməsinin və hərbi təhsil sahəsində əldə edilən razılaşmaların inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Səfirin fəaliyyəti dövründə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Britaniyalı diplomat əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Gununsesi.info