Direktor və daha üç nəfər yaralandı – Qəza

  • By admin
  • 14 Yanvar 2017 15:22

qeza_olum

 

Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Tovuz şəhərinin girişində qeydə alınıb.

Tovuz şəhər sakini, 1981-ci il təvəllüdlü Gündüz Məmmədovun idarə etidyi “Ford” markalı yük avtomobili ilə Düz Qırıqlı kənd sakini, 1960-cı il təvəllüdlü Mehman Məmmədovun idarə etdiyi “QAZ 21” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Ford”da olan sərnişin, 1965-ci il təvəllüdlü İkram Tağıyev və minik avtomobilinin sürücüsü Mehman Məmmədov, sərnişinləri 1956-cı il təvəllüdlü Nazxanım Məmmədova və 1964-cı il təvəllüdlü Təranə Məmmədova müxtəlif bədən xəsarətləri alıblar.

Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. N. Məmmədovanın vəziyyətinin ağır, digərlərinki isə normal qiymətləndirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırtma aparılır.

Qeyd edək ki, M. Məmmədov Düz Qırıqlı kənd orta məktəbinin direktorudur.

 

Gununsesi.info