Diyarbəkirdəki terrordan sonra ilk həbs - BƏLƏDİYYƏ SƏDRİ TUTULDU

  • By admin
  • 13 Sentyabr 2019 19:09

Dünən Diyarbəkirin Kulp qəsəbəsində törədilmiş terror aktına görə bələdiyyə sədri M.F.T. həbs edilib.

Gununsesi.org xəbər verir ki, 7 nəfərin öldüyü, 10 nəfərin yaralandığı terrorda daha 3 nəfər şübhəli bilinir. Onların arasında  HDP-nin qəsəbə üzrə rəhbəri A.K., Kulp bələdiyyəsinin işlər müdiri Ş.A. da var.

 Daha bir şübhəlinin axtarışları davam etdirilir.

 

Gununsesi.org