Dövlət Vergi Xidmətində kadr dəyişikliyi olub -FOTO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini dəyişib.

Gununsesi.info Report-a istinadən xəbər verir ki,  rəis müavini Elmir Ramazanov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Onun yerinə Kamran Səfərəliyev təyin edilib.

K.Səfərəliyev bu vaxta qədər beynəlxalq mühasibatlıq təşkilatı olan İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Bakı ofisində çalışıb.