Dövlət ittihamçısı “Toplum TV” əməkdaşlarına cəza tələb etdi

  • By Admin2
  • 08 İyun 2026 13:07

“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib.

Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxslərə veriləcək cəza ilə bağlı təklifini açıqlayıb.

Prokuror Akif Qurbanov üçün 16 il, Ələsgər Məmmədli üçün 15 il, Ruslan İzzətli üçün 16 il, Fərid İsmayılov 13 il, Əli Zeynalov üçün 15 il, Müşfiq Cabbarov, Ramil Babayev və İlkin Əmrahov üçün isə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmasını istəyib.

Elmar

Gununsesi.info