Dünənki avtomobil qəzasında ölən şəxsin kimliyi məlum oldu

  • By admin
  • 15 İyul 2019 12:18

Daxili İşlər Nazirliyi Sabunçu rayonunun H.Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi haqda məlumat yayıb. 

Gununsesi.org  xəbər verir ki, qəza iyulun 14-də saat 16 radələrində qeydə alınıb.

 Bakı şəhər sakini R.Həmidov idarə etdiyi “Lexus” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini Z.Yusubova məxsus “Mercedes” markalı avtomobilə vurub. Nəticədə Z.Yusubovun sərnişinləri olan oğulları Namiq və Kənan xəstəxanaya yerləşdirilib, Namiq orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Gununsesi.org