Dünya çempionatı davam edir

  • Müəllif: admin
  • 26 Avqust 2017 10:13

01
Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.

Güləş Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, son yarış günündə 65, 70, 74 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulur.

Sərbəst güləş yarışlarının ilk günündə 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl medal və sərbəst güləş tarixində ilk üçqat Dünya çempionu adını qazanıb.

65 kq
1/16 final – Ağahüseyn Mustafayev – Lkhangarmaa Narmandax (MGL) (D xalçası)

70 kq
1/16 final – Yuhi Fujinami (JPN) – Hacımurad Ömərov (AZE) (A xalçası)

74 kq
1/16 final – Galymzhan Usserbayev (KAZ) – Cəbrayıl Həsənov (A xalçası)

97 kq
1/16 final – Riza Yıldırım (TUR) – Aslanbek Alborov (D xalçası)

Anar

Gununsesi.info