Dünyanın ən bahalı taksi xidməti haradadır?

  • Müəllif: admin
  • 26 Avqust 2017 09:20

Taxi

Dünyanın 18 şəhərində aparılan araşdırmaya əsasən, ən bahalı taksi xidməti İsveçrənin paytaxtı Sürixdədir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu şəhərdə 3 km-lik taksi xidməti üçün 14.3 avro ödəmək lazımdır.

Eyni məsafə üçün Manheymdə 9.3 avro, Münhendə 8.9, Berlində isə 8.7, Frankfurtda 8,5 avro ödəmək lazımdır. Nyu Yorkda isə bu məbləğ 5 avrodur.

Gununsesi.info