Dünyanın ən təhlükəli yarışında motosikletçi qəzaya uğradıqdan sonra iflic olub

  • By Admin2
  • 02 İyun 2026 11:56

Britaniyalı motosikletçi Mariya Kostello dünyanın ən təhlükəli hesab edilən Men Adası TT yarışı zamanı ciddi qəzaya düşüb və ağır xəsarətlər alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qəza 26 may tarixində yan kürsülü yarışın ilk seçmə mərhələsi zamanı baş verib.

Kostello vertolyotla xəstəxanaya aparılıb, müayinə edilib və daha sonra başqa bir xəstəxanaya köçürülüb və orada müşahidə altındadır.

Onun vəziyyəti ağır, lakin stabil hesab olunur.

Maqsud

Gununsesi.info