Düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb - MÜDAFİƏ NAZİRLİYİ (FOTO)

  • By admin
  • 25 İyul 2017 15:06

mudafie

Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

“Düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.
Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.
Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür”, deyə, məlumatda bildirilib.

8cad281b45adcffcc03ea9a528058019

Gununsesi.info