“Elə gənclər var ki, siqaret çəkmir, amma qəlyanın ətri onların xoşuna gəlir və…” - ARAZ ƏLİZADƏ

  • Müəllif: admin
  • 27 Aprel 2017 13:28

araz

“Azərbaycanda sulu qəlyan tamamilə qadağan edilməlidir”.

Gununsesi.info məlumat verir ki, bunu aprelin 27-də parlamentdə “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə çıxış edən Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə deyib.

O, deyib ki, qəlyan insanın səhhəti üçün çox zərərllidir.

Onun sözlərinə görə, istifadə zamanı onun müştüyü və borusu dəyişməlidir:

“Lakin buna əməl edilmir. Qəlyanı xəstə insanlar da çəkir və qanunla da insanlar arasında vərəm və digər müxtəlif xəstəliklər yayılır. Narkotik çəkmə üçün də ondan istifadə edilir. Bununla da gəncləri narkotiklərə cəlb edirlər. Elə gənclər var ki, siqareti heç çəkmir, amma qəlyanın ətri onların xoşuna gəlir və istifadə edirlər. Digər tərəfdən, Azərbaycanda qəlyan tütünləri istehsal edilmir, onlar xaricdən gətirilir. Buna görə də onun pulu da xaricə gedir. Bu, Azərbaycan büdcəsinə heç bir xeyir vermir”.

A.Əlizadə hesab edir ki, qəlyanın qadağan edilməsi turistlərin ölkəyə olan marağının azalmasına səbəb ola bilməz.

Deputat təklif edir ki, uşaqlara siqaret satanların cərimələnməsi üçün qanunvericiliyə dəyişikliklər edilməli və onlara qarşı tədbirlər görülməlidir.

Qeyd edək ki, hazırda müzakirə mərhələsində olan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə görə, sulu qəlyan və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.

KAMİL 

Gununsesi.info