
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilahiyyatçı Elşad Mirinin “İslamda yoxdur!” adlı kitabının çap olunmasına qadağa qoyması tərəflər arasında konfiliktə səbəb olub.
Qeyd edək ki, Elşad Miri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nə qarşı məhkəmə iddiası qaldırmaqla yanaşı həm də bu quruma qarşı sosisal şəbəkədə davamlı ittihamlar irəi sürür.
Gununsesi.info-nun xəbərinə görə, Elşad Miri özünün sosial şəbəkədəki hesabında dini komitəni növbəti dəfə ələ salıb. Belə ki, gənc ilahiyyatçı komitənin çapına icazı verdiyi kitabda babasil xəstəliyinin müalicəsi üçün yazılan duanı əks etdirən fotonu paylaşıb.
Gununsesi.info həmin fotonu təqdim edir:

Gununsesi.info












