Elton Con Vladimir Putinlə seksual azlıqlardan danışmaq istəyir  

  • By admin
  • 31 May 2016 16:49

 

 elton

Çoxdandır planlaşdırılan Elton Con və Vladimir Putin görüşməsi yenə baş tutmayıb. Prezidentin qrafikinin sıxlığı bu görüşü  yenidən təxirə salıb. Gununsesi.info-nun xarici mətbuata istinadən   məlumatına  görə, görüş barədə hələ mart ayından xəbərlər var. Əvvəl qalmaqalla başlasa da sonradan  öz həllini tapmışdı. Belə ki, ötən il bir şəxs prezident Vladimir Putin adından məhşur müğənniyə  zəng vuraraq onunla görüşmək istədiyini dilə gətirib. Sonra məlum olub ki, müğənni ilə zarafat ediblər. Bu xəbəri öyrənən  Vladimir Putin həqiqətən Elton Cona telefon açaraq görüşü reallaşdıracağını bildirib. Yayılan məlumata görə Elton Con Rusiya başçısı ilə həmin ölkədəki  seksual azlıqların hüquqlarının müdafiəsi  barədə müzakirə  aparmaq istəyir.

Sevinc Xeyrulla