Elza Seyidcahan vəsiyyət elədi

  • By admin
  • 28 İyul 2016 18:50

elza_seyidcahan

 

Əməkdar artist Elza Seyidcahan mətbuata illər ərzində qazandığı uğurlardan danışıb.

Gununsesi.info “milli.az”a istinadən xəbər verir ki, əməkdar artist hazırda sənət məbədini qurduğunu söyləyib:
“Sənətkarı hər zaman onun sənəti yaşadır. Bundan sonra mənim heç nədən qorxum yoxdur. Mən uğur məbədimi çoxdan qurmuşam. Hazırda isə gümbəzini qoyuram. Gümbəzin məşəli mən dünyadan köçəndən sonra qoyulacaq, o da daimi yanacaq. Amma  parıltısı bəzi paxılların gözünü qamaşdırır. Bu gümbəzi mənə atılan daşlarla qurmuşam. Əsas uğur məbədirir, bunun memarı da özüməm.  Sarayı neynirəm ki? Məni istərdim öləndən sonra da xatırlanım.  Bilirəm ki, xatırlayacaqlar. Çünki mən öz sahəmdə çox işlər görmüşəm.

 

Gununsesi.info