Ermənilər yenidən sərsəmlədi: ATƏT PA-da

  • By admin
  • 05 İyul 2016 12:01

melikuyan

 

“Qondarma Dağlıq Qarabağ “Respublikası” bir daha danışıqlar masasına qayıtmalıdırlar”. Gununsesi.info erməni mətbuatına istinadən xəbər veriri ki, bu haqda ATƏT-in Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin üzvü, Mikael Melkumyan, ATƏT-in Parlament Assambleyasının 25-ci illik sessiyasının bu gün keçirilən yekun plenar iclasında çıxışı zamanı bildirib. M.Melkumyan Azərbaycanı Dağlıq Qarabağ əhalisinə qarşı kütləvi silahlardan istifadə və qeyri-insani hərəkətləri görə mütləq cəzalandırılmasıni tələbiylə çıxış edib. O, Talış, Madagiz və Ağdərəyə hücumlar zamanı dinc əhalinin əziyyət çəkdiyini parlamentarilərin diqqətinə çatdırıb. “Bütün təmas xəttində atəşkəs pozuntularının monitorinq üçün mexanizmlərin yaradılması və işə salınmasını təmin etmək üçün bu xüsusda konkret tədbirlər görmək lazımdır. Bizim təşkilat güclüdür və hesab edirəm ki, haqsızlıqlar cəzasız qalmamalı və layiqlı qiymətini almalıdır. Biz bu dəyərləri xatırlatmalıyıq” deyən Melkumyan hesab edib ki, söhbət dəyişməz meyarlardan gedir: “Azərbaycanın cəhdləri uğursuzluğa məhkumdur. Dağlıq Qarabağ “Respublikası” isə yenilməzdir “, – Melkumyan əlavə edib.

Üzünü ATƏT-in Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinə tutan Melkumyan deyib ki, erməni soyqırımı məsləsini tarixçilərin ixtiyarına buraxmaq lazımdır. O, çıxışında Osmanl İmperiyasının erməni soyqırımını törətməsini sübuta ehtiyacı olmayan fakt adlandırıb. Bu “soyqırımı” artıq dünyanın bir neçə ölkəsinin tanıdığını da vurğulayıb.

 

Gülnaz Qənbərli