Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozub

  • Müəllif: admin
  • 06 Noyabr 2016 10:15

mudafiye nazirliyiy

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 23 dəfə pozub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, işğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli vəCəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Gununsesi.info