
“Onun “həddən artıq seksual görünürsünüz” mesajı məni yerimdəm oyatdı. Etiraf edim ki, məhz bu mesajdan sonra onunla eşq yaşamağa razı oldum”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri dünyaca məhşur müğənni Cenifer Lopes həyat yoldaşı Aleks Rodrigeslə yaşadığı eşq dünyası haqqında fikirlərini bölüşərkən “Vanity Fair” jurnalına açıqlamasında deyib.
9 aydır beysbolçu Alkes Rodrigeslə birgə həyat sürən Cenifer Lopes jurnala açıqlamasında bir sıra səmimi etiraflarda bulunub: “Əkiz kimiyik. Hər ikimiz aslan bürcüyük, həm də Hyu-Yorkluyuq. Latınıq və bunun kimi 20 özəllik saya bilərəm”.
İlk görüşləri haqqında danışan müğənni deyib ki, bu, heç də asan olmayıb: “İlk görüşümüzün elə də yaxşı görüş olduğunu deyə bilmərəm. Çünki həddən artıq danışdıq və o, mənə özünü tanıtmağa çalışırdı, mən də onu dinlədim. Planlarından, keçmiş həyatından danışdı, yenidən evlənmək istədiyni bildirdi”.
Lopes daha sonra bildirib ki, görüş zamanı tualetə getdikdən sonra mənə ünvanladığı bir mesaj almağım ona olan fikrimi tamamilə dəyişdi. “O mənə “həddən artıq seksual görünürsünüz” mesajını ünvanladı. Və bununla da hər şey başladı. O zamandan bəridir ki, birgə eşq yaşayırıq”- deyə, Lopes etirafda bulunub.




Gununsesi.info












