
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, şəhərin Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 25 m2 sahədə və dam örtüyü 50 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info












