Evdə baş verən yanğında azyaşlı xəsarət aldı - BİLƏSUVARDA

  • By admin
  • 16 İyun 2017 20:01

fhn-3

Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 62 m2 sahədə və dam örtüyü 60 m2 sahədə yanıb.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info