Eyni rəqiblə ikinci oyun

  • By admin
  • 28 Sentyabr 2017 10:42

affa
Tbilisi şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyunu keçirib.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, Gürcüstanın U-16 komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Millinin qolunu Samir Məhərrəmli vurub.

Xatırladaq ki, bu komandalar arasında sentyabrın 25-də keçirilmiş yoldaşlıq oyunu da gürcüstanlı futbolçuların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Anar

Gununsesi.info