
Yaponiyanın baş naziri Sindzo Abe Şimali Koreyanın nüvə raketi təhlükəsi ilə əlaqədar olaraq ölkə parlamentinin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər keçirmək barədə qərar verib.
Gununsesi.info NHK telekanalına istinadən xəbər verir ki, növbədənkənar parlament seçkiləri oktyabrın 22-nə təyin olunub.
“Bu seçkilər Yaponiya və mülki vətəndaşların müdafiəsinə cavab olaraq keçirilən seçki olacaq”- deyə, Yaponiyanın baş naziri bəyan edib.
Onun sözlərinə görə, Yaponiyanın yeni parlamentinin tərkibi ölkəni və yapon uşaqlarının gələcəyini təhlükələrdən sovuşduracaq bir parlament olacaq.
Gununsesi.info