Fərhad Əhmədovun başı yenidən dərddə - İNGİLTƏRƏDƏKİ AKTİVLƏRİ DONDURULA BİLƏR

  • By admin
  • 21 Oktyabr 2019 08:54

 

Azərbaycanlı biznesmen Fərhad Əhmədov problemlə üzləşib.

“Qafqazinfo” “The Daily Mail”ə istinadən xəbər verir ki, iş adamının İngiltərədəki aktivlərinin bir hissəsi dondurula bilər.

 Buna səbəb isə F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədova üçün məhkəmə tərəfindən təyin edilən məbləği ödəməkdən imtina etməsidir. Məhkəmənin qərarına əsasən, o, T.Əhmədovaya sərvətindən 450 milyon funt-sterlinq ödəməli olsa da, biznesmen keçmiş xanımının yalnız 5 milyon funt-sterliq köçürüb.

Qeyd edək ki, F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biridir.