FHN qapı arxasında huşsuz vəziyyətdə qalmış şəxsi xilas edib

  • By admin
  • 11 Noyabr 2017 19:20

Bakı sakini mənzildə bağlı qapı arxasında halsız vəziyyətdə aşkarlanıb.

Gununsesi.info FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Gununsesi.info