Filippin prezidenti ABŞ qoşunlarını ölkədən çıxarır

  • By admin
  • 12 Fevral 2020 08:18

Filippinin prezidenti Rodriqo Duterte ABŞ qoşunlarını dövlətin ərazisindən çıxaracaq.

“The Guardian”nın yaydığı xəbərə görə, ölkə başçısı ABŞ hərbçilərinin Flippin dövlətinin ərazisində yerləşməsi ilə əlaqədar 1998-ci ildə bağlanmış müqaviləni ləğv etmək qərarına gəlib.

Bu barədə bildiriş ABŞ-ın Maniladakı səfirliyinə göndəriləcək və göndəriləndən 180 gün sonra qüvvəyə minəcək.

Bununla yanaşı, ABŞ-la Filippin arasında hərbi sahədə qarşılıqlı əməkdaşlıqla bağlı razılıq qüvvədə qalır.

Xəbər oxu.az saytında dərc edilib.

Gununsesi.org