Gəncədə dəhşət: 20 YAŞLI OĞUL ATASINI BIÇAQLADI

  • By admin
  • 19 İyul 2017 16:34
BICAQ
Gəncədə atasını bıçaqlayan oğul saxlanılıb.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Bayram Yadulla oğlu Ağayev qarın nahiyəsindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar nəticəsində onu öz oğlu 1997-ci il təvəllüdlü Cavid Ağayev tərəfindən bıçaqladığı məlum olub. C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info