Gəncədə mənzildə partlayış baş verib, xəsarət alan var

  • By admin
  • 11 Aprel 2017 23:40

tecili-yardim

 

Gəncədə yaşayış binasında qaz partlaması nəticəsində qadın xəsarət alıb. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin 4-cü mikrorayonda qeydə alınıb. Qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində 1960-cı il təvəllüdlü Rəqibə Musayeva müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Gununsesi.info