Gəncədə qadın evdən əriylə qalmaq istəmədiyi üçün qaçıbmış

  • By admin
  • 13 Fevral 2020 12:11

Fevralın 9-da Gəncə şəhərində itkin düşən ana və iki azyaşlı uşağı tapılıb. 

Gununsesi.org-un verdiyi xəbərə görə, şəhər sakini, 1995-ci il təvəllüdlü İsmayılova Bənövşə Bəxtiyar qızı və onun övladları –  2013-cü il təvəllüdlü Yağmur, 2015-ci təvəllüdlü Nizami fevralın 9-da evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıblar.

Gəncə ŞBPİ əməkdaşları tərəfindən aparılan axtarışlar nəticəsində ana və övladları 3 gün sonra şəhər ərazisində tapılıb və ailəsinə təhvil veriliblər.

Qadın həyat yoldaşı ilə birgə yaşamaq istəmədiyi üçün evdən getdiyini deyib.

Gununsesi.org