Keçmiş nazirin durumu kritkdir – Həkimlər xəstəxanada onun həyatı ilə çarpışır

  • By admin
  • 13 Fevral 2020 12:09

Keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun vəziyyəti kritikdir.


Gununsesi.org xəbər verir ki, bu barədə professor Adil Qeybulla məlumat yayıb.
“İstiqlalçı millət vəkili, sabiq daxili işlər naziri, dəyərli dostumuz İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır. Bir neçə gün öncə qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi. Baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beynin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi”, -deyə professor bildirib.
Adil Qeybulla əlavə edib ki, İsgəndər Həmidovun cərrahi əməliyyat və ya xaricə aparılması variantları məqsədəuyğun sayılmayıb. “Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi. Hal-hazırda hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı ilə çarpışırlar.
Allah şəfa versin, dualarımız onunladır”, – deyə professor vurğulayıb.

Gununsesi.org