Gəncədə yaşayış evi, Cəlilabadda obyekt yandı

  • Müəllif: admin
  • 20 May 2017 07:37

yanan-ev

Bu gecə Gəncə və Cəlilabadda yanğın hadisəsi baş verib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 45 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Cəlilabad şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 156 m2 olan obyektin 1-ci mərtəbəsinin tavanı 35 m2 sahədə yanıb. Obyektin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info