Gəncədə yol qəzası baş verib, xəsarət alan var

  • By admin
  • 13 Oktyabr 2017 22:03

qeza
Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21015” markalı avtomobilin qəzaya uğraması nəticəsində bir nəfər sərnişin, 1955-ci il təvəllüdlü Bayramova Gülgəz müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info