Gənc aktrisa keçmiş sevgilisinin yeni ilişgisinə münasibət bildirməkdən yayındı…

  • By admin
  • 18 İyun 2017 22:35
ask ve mavi
“Adamın evi kimisi yox” deyirlər. Həqiqətən də elədir. Evim, ailəm, İstanbul üçün çox darıxmışam, onları çox özləmişəm”.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu çox sevilən və çox izlənilən “Aşk ve Mavi” dizisinin baş rol ifaçılarından-Mavi obrazının ifaçısı olan Burcu Kıratlı deyib.
O, artıq dizinin sezon finalına-tətilə çıxdığını və bu səbəbdən dizinin çəkildiyi Nevşehirdən İstanbula döndüyünü bildirərək qeyd edib ki, doğulub böya-başa çatdığı şəhərdə olduğu üçün çox sevinclidir.
“Düzdür, ora da çox gözəldir, amma adamın evi kimisi yox. İstanbul üçün, ailəm, dost-tanışlarım, evim üçün çox darıxmışdım”-deyə, gənc aktrisa sözlərinə əlavə edib.
ahmet-kural-sila
Kıratlı bir vaxtlar sevgili olduqları Ahmet Kuralın müğənni Sıla ilə sevgi ilişgiləri yaşaması və birgə fotolarını paylaşmalarına isə münasibət bildirməkdən yayıb.
 O, media mənsublarının bununla bağlı sualını cavablandırmaqdan imtina edib və sadəcə, gülümsəyib.
KAMİL
Gununsesi.info