General yola salındı

  • By admin
  • 22 Dekabr 2018 17:05
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri Asəf Quliyev işdən çıxarılıb.
Gununsesi.org xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

General-mayor Asəf Vaqif oğlu Quliyevin yerinə təyinat da olub. Belə ki, İlham Əliyevin digər bir sərəncamı ilə Niyaməddin Məhərrəm oğlu Tağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilib.