Goranboy rayonu ərazisində silah-sursat aşkarlanıb

  • By admin
  • 01 Noyabr 2017 08:30

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayonu ərazisində silah-sursat aşkarlayıblar. 

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, şöbəyə Yuxarı Ağcakənd-Buzluq avtomobil yolunda silah-sursatın aşkarlanması barədə məlumat daxil olub. Əraziyə baxış zamanı oradan 6 ədəd “Kalaşnikov” avtomatına aid sandıqça, 7 ədəd əl qumbarası, 4 ədəd qumbara alışdırıcısı, 2,5 metr uzunluğunda güllə darağı, tüfəng lüləsi və 497 ədəd müxtəlif çaplı güllələr aşkar olunaraq götürülüb.

Faktla bağlı Xocalı rayon Polis şöbəsində araşdırma aparılır.

Gununsesi.info