Goranboy sakini 6 nəfər yerlisi tərəfindən vəhşicəsinə döyülüb

  • By admin
  • 09 Yanvar 2017 17:46

goran

Goranboy rayonunda döyülmə faktı qeydə alınıb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Kənd sakini Elşad Dadaşov bu gün səhər saatlarında qohumları tərəfindən kəndin yaxınlığında huşunu itirmiş vəziyyətdə tapılıb.

Döyülərək müxtəlif bədən xəsarətləri aldığı bildirilən 34 yaşlı Elşad Dadaşov dərhal Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Qohumları bildirib ki, E. Dadaşov münaqişə zəminində 6 nəfər kənd sakini tərəfindən döyülüb.

Gununsesi.info